Sen 20, 2018 19:03 Asia/Baku
  • Aşura günü günorta namazı

Hüseyn əzadarları İran boyunca Aşura günü günorta namazını İmam Hüseynin(ə) xatirəsinə həsr ediblər.

Hüseyn əzadarları bu gün ölkə səviyyəsində müxtəlif əzadarlıq dəstələrində iştirak edərək, İmam Hüseyn(ə) üçün matəm saxlayaraq, əzadarlıq ediblər.

Əzadarlıq dəstələri sinə və zəncir vuran dəstələr yaradaraq, növhə sədası altında İmam Hüseynin(ə) qəmində göz yaşları axıdıblar.

Bu gün cümə axşamı 1440-cı hicri qəməri ili məhərrəm ayının 10-u Hüseyn Aşurası günüdür. Hicrətin 61-ci ilində məhərrəm ayının 10-unda İmam Hüseyn(ə) Kərbəlada 57 yaşında şəhid edilir.