Sen 21, 2018 09:23 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə
    İnqilab Rəhbərinin iştirakı ilə "Şame Qəriban" mərasimi keçirilib

Hüseyn(ə)-ın "Şame Qəriban"ında, hüzn və matəm axşamında minlərlə Əhl Beyt(ə) aşiqi İmam Xomeyni(ə) hüseyniyəsində bir araya gələrək, İnqilab Rəhbərinin hüzurunda əzadarlıq edib.

İslam İnqilabının Böyük Rəhbərinin ofisinin informasiya portalında yer alan məlumata görə, bu mərasimdə höccətülislam vəlmüslimin Ali Allah Taalanın möminləri bəlalar ilə imtahana çəkdiyini deyərək, əlavə edib: Bəlalarda çoxlu hikmət var. Ən önəmli olanıisə təvazökarlıqdır. 

Daha sonra xanım Zeynəbin Aşura günü fədakarlıqlarına işarə edən Ali əlavə edib: Həzrət Zeynəb (s) ağıl və hikməti babası Məhəmməd Mustafadan(s.ə.s) şücaəti atası Əli ibn Əbu Talibdən(ə) iffət və həyanıisə anası Fatimə Zəhradan(s) səbrli olmağı qardaşı Həsəndən(ə) izzəti isə Hüseyndən(ə) öyrənib. Buna görə də o xanım qardaşı Hüseyn bin Əliyə(ə) ən çox oxşayan şəxs idi. 

Bu mərasimdə həmçinin, Əhl Beyt(ə) məddahları Hüseyn(ə)-ın müsibətlərini zikr edib, dua və mərsiyə oxuyublar. 

Şame Qəriban İmam Hüseynin(ə) ailə üzvlərinin əsir alınması və kimsəsiz qalmasını xatırladır. Aşura günü qürub çağı gecənin qaranlığında kimsəsiz olaraq Kərbəla çölündə sığınacaqsız qalmışdılar. 

İmam Hüseyn(ə) üçün əzadarlıq mərasimləri məhərrəm ayının yeddisindən on ikisinə kimi 6 gecə ardıcıl olaraq İmam Xomeyni(rə) hüseyniyəsində keçirilir. 

Şiələrin üçüncü imamı hicrətin 61-ci ilində məhərrəm ayının onunda Kərbəlada şəhid edilib.