Sen 22, 2018 10:44 Asia/Baku
  • Müqəddəs Müdafiə həftəsinin ilk günündə İran silahlı qüvvələrinin böyük paradı başlanıb
    Müqəddəs Müdafiə həftəsinin ilk günündə İran silahlı qüvvələrinin böyük paradı başlanıb

Müqəddəs Müdafiə həftəsinin ilk günü ilə bir vaxtda bu gün səhər bütün ölkədə İran silahlı qüvvələrinin paradı başlanıb.

İran İslam Respublikası Silahlı Qüvvələrinin böyük paradında İran İslam Respublikası Ordusu, İslam İnqilabı Keşikçiləri Korpusu, Bəsic, polis qüvvələri və müdafiə nazirliyinin nümunəvi piyada və zirehli bölmələri iştirak edirlər.

İran İslam Respublikası prezidenti Həsən Ruhani Tehranda İran İslam Respublikasının banisi Həzrəti İmam Xomeyni(r.ə)-in pak hərəmi ətrafında keçirilən silahlı qüvvələrin paradının əsas natiqidir.

İran İslam Respublikası Ordusu, İslam İnqilabı Keşikçiləri Korpusu, Bəsic, polis qüvvələri və müdafiə nazirliyinin yüksək rütbəli komandanları, eləcə də onlarla xarici ölkənin hərbi attaşeləri bu mərasimdə iştirak edirlər.

İraqın məhv edilmiş diktatoru- Səddamın mənfur rejiminin təcavüzkar ordusu bir həftənin içində Tehranı fəth etmək xülyası ilə 1980-ci il sentyabrın 22-də müxtəlif hərbi vasitələrdən istifadə edərək, İrana qarşı geniş hücumlara başladı.

Teqlər