Sen 22, 2018 15:35 Asia/Baku
  • Zərif: Terrorizmin himayədarları və onların amerikalı ağaları Əhvazda terror hücumunda məsuliyyət daşıyırlar
    Zərif: Terrorizmin himayədarları və onların amerikalı ağaları Əhvazda terror hücumunda məsuliyyət daşıyırlar

İran İslam Respublikasının xarici işlər naziri İran silahlı qüvvələrinin Əhvaz şəhərində keçirilən paradına qarşı terror hücumunu pisləyərək, deyib ki, İran, regionda terrorizmin himayədarları və onların amerikalı ağalarının bu cür hücumlar üçün məsuliyyət daşıdıqlarını bildirir.

Məhəmməd Cavad Zərif bu gün twitter-dəki şəxsi səhifəsində vurğulayıb ki, İran qətiyyətlə Əhvaz terror hücumlarını cavablandıracaq. O, belə qeyd edib: Bir xarici rejim tərəfindən təmin edilmiş, silahlandırılmış və təlim verilmiş muzdlu terrorçular Əhvaz paradına hücum ediblər.

Uşaqlar və jurnalistlərin, həyatlarını itirənlər arasında olduqlarını bildirən İran İslam Respublikasının xarici işlər naziri vurğulayıb ki, İran iranlıların müdafiəsi istiqamətində qətiyyətli və sürətli cavab verəcəkdir.

"Əl-Əhvaziyyə" adlı terror qrupunun İran Silahlı Qüvvələrinin İranın cənub-qərbindəki Əhvaz şəhərində keçirilən paradına qarşı terror hücumunda silahlı qüvvələrdən və mülki əhalidən on bir nəfər şəhid olub və iyirmidən çox insan da yaralanıbdır.

Teqlər