Sen 23, 2018 09:29 Asia/Baku
  • İranın Xuzistan vilayətində ümumi matəm elan olunub
    İranın Xuzistan vilayətində ümumi matəm elan olunub

İranın Xuzistan vilayətinin valisi Qolamreza Şəriəti və Vəliyye Fəqihin bu vilayətdəki nümyəndəsi ayətullah Seyid Mohəmməd Əli Musəvi Cəzayeri dünən gecə müştərək bir bəyanatda Əhvaz terror hücumunu pisləyib və sabah sentyabrın 24-nü bu vilayətdə ümumi matəm elan ediblər.

Xuzistan valisi və ayətullah Seyid Mohəmməd Əli Musəvi Cəzayeri bu bəyanatda həmçinin Əhvaz terror hücumunun bir daha İranın şərəfli xalqı və quruluşunun dərrakəsiz düşmənlərinin alçaq simalarını göstərdiyini bildiriblər. Onlar vurğulayıblar: İslam İnqilabının qatı düşmənləri və onların muzdur amilləri bilməlidirlər ki, anti-xalq və terror hərəkətlərilə İran xalqının arasında parçalanma yarada bilməzlər

Ötən il də "Nur müsafirləri" məntəqələrindən baxış keçirən karvana hücum etmiş və London və Ərriyad tərəfindən himayə olunan Əhəhvaziyyə təkfirçi-terrorçu qrupu dünən Əhvazda İran silahlı qüvvələrinin paradı kənarında bir parkdan tamaşaçı əhaliyə atəş açıbdır. Bu terror hücumu nəticəsində 25 nəfər şəhid olub, altmış nəfər də yaralanıbdır.

İndiyədək bir çox ölkə, o sıradan Rusiya, İngiltərə, Oman, Yəmən, Azərbaycan Respublikası, Pakistan, Əfqanıstan, Suriya, Türkiyə və İraq Əhvaz terror hücumunu pisləyərək, İranın dövləti, xalqı və bu terror hücumu şəhidlərinin ailələrinin kədəri ilə bölüşüblər.

Teqlər