Sen 23, 2018 11:21 Asia/Baku
  • 
General Şekarçi: Terrorçuların əsas himayədarları İrandan möhkəm şapalaq gözləsinlər
    General Şekarçi: Terrorçuların əsas himayədarları İrandan möhkəm şapalaq gözləsinlər

İran İslam Respublikası Silahlı Qüvvələrinin baş sözçüsü deyib: Şənbə günü Əhvazda əhalini qanına qəltan etmiş terrorçuların himayədarları İrandan möhkəm şapalaq gözləsinlər.

Briqada generalı pasdar Əbulfəzl Şekarçi dünən gecə İranın ikinci telekanalının xüsusi informasiya dialoqunda deyib: Terrorçuların himayədarları və daxildə bu terror hərəkətinə zəmin yaradanlar tezliklə aşkar və onlarla şiddətlə rəftar ediləcəkdir.

İran İslam Respublikası Silahlı Qüvvələrinin baş sözçüsü bildirib ki, Əhvaz əhalıisini qanına qəltan etmiş terrorçulardan ikisi bir-birilə qardaş olubdur. O, deyib ki, onların üçüncü qardaşları İŞİD üzvüdür və hazırda Suriyadadır.

General Şekarçi əlavə edib: Şənbə günü Əhvazda terror hərəkəti törətmiş dörd terrorçu öldürülübdür.

İran İslam Respublikası Silahlı Qüvvələrinin baş sözçüsü sonra deyib: Bütün terror qruplarının meydana gəlmələrinin mənşəyi, sionistlər, Amerika və regiondakı muzdur və mürtəce ölkələrdir.

Ötən il də "Nur müsafirləri" məntəqələrindən baxış keçirən karvana hücum etmiş və London və Ərriyad tərəfindən himayə olunan Əhəhvaziyyə təkfirçi-terrorçu qrupu dünən Əhvazda İran silahlı qüvvələrinin paradı kənarında bir parkdan tamaşaçı əhaliyə atəş açıbdır. Bu terror hücumu nəticəsində 25 nəfər şəhid olub, altmış nəfər də yaralanıbdır.