Sen 24, 2018 10:02 Asia/Baku
  • Ruhani: Amerikanın beynəlxalq öhdəlikləri pozması bəyan ediləcək
    Ruhani: Amerikanın beynəlxalq öhdəlikləri pozması bəyan ediləcək

İran İslam Respublikasının prezidenti deyib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının illik sessiyasında iştirak fürsətindən Amerikanın nüvə anlaşması daxil olmaqla beynəlxalq öhdəliklərdəki pozuntularının bəyanı üçün istifadə edəcək.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani yerli vaxtla dünən Nyu-Yorka daxil olarkən müxbirlər qarşısında bildirib ki, amerikalılar bütün dünyada nüvə anlaşmasındakı öhdəlikləri də daxil olmaqla öz öhdəliklərinin bir çoxundan boyun qaçırıblar.

Ruhani söyləyib: Məqsəd budur ki, Nyu-Yorkda keçirilən müxtəlif iclaslar zamanı İran İslam Respublikasının region və dünya qarşısındakı siyasətləri bəyan edilmiş olsun.

İran İslam Respublikasının prezidenti Nyu-York səfərində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışdan əlavə, BMT-nin ümumi zalında "Nelson Mandellanı yad etmək üçün sülh" iclasında da çıxış edəcəkdir.

Nyu-Yorkda media mənsubları və yüksək vəzifəli müdirlərlə iclas, xarici siyasət üzrə bir qrup ekspertlə yığıncaq, eləcə də Amerikadakı islami cəmiyyətlərin rəhbərlərindən bir neçəsilə görüş, İran İslam Respublikası prezidentinin Nyu-York səfərində nəzərdə tutulmuş digər proqramlardandır.

İranın xarici işlər naziri Mohəmməd Cavad Zərif, prezident administrasiyasının başçısı Məhmud Vaezi, prezident administrasiyası başçısının müavini Məcid Təxte Rəvançi, və xarici işlər nazirinin siyasi müavini Seyyed Əbbas Eraqçi Nyu-York səfərində İran İslam Respublikası prezidentini müşayiət edirlər.

Teqlər