Sen 24, 2018 10:59 Asia/Baku
  • OPEK(OPEC) dünya bazarında müvazinəti himayə edib
    OPEK(OPEC) dünya bazarında müvazinəti himayə edib

OPEK və qeyri-OPEK neftinin təqdiminin azaldılması barədə razılaşmaya nəzarət üzrə müştərək nazirlik komitəsi dünya neft bazarında müvazinətin yaradılması zəruriliyini vurğulayıb.

OPEK və qeyri-OPEK neftinin təqdiminin azaldılması barədə razılaşmaya nəzarət üzrə müştərək nazirlik komitəsinin məsul şəxslərindən bir qrupu dünən vurğulayıbdır ki, neft bazarında, eləcə də təqdim və xahiş arasında müvazinət və sabitlik yaradılmalıdır.

OPEK-in dövri sədri Suhəyl Əlməzrui, baş katib Muhəmməd Barkindo və Əlcəzairin energetika naziri Mustafa Quytuni birgə mətbuat konfransında deyiblər ki, bazarın sabitliyi və qiymətlər qorunmalı və istehlakçıların maraqları təmin edilməlidir.

OPEK-in məsul şəxsləri həmçinin 2016-cı ildə neft istehsalının azaldılması haqdakı razılaşmanı yaxşı razılaşma adlandırıblar. Təklif ediblər ki, OPEK-in bu ilin dekabrında keçiriləcək iclasında ölkələr bazarda müvazinət və sabitliyin yaradılması istiqamətində zaman məhdudiyyəti olmayan bir razılaşmanın imzalanmasına səy göstərsinlər.

OPEK və qeyri-OPEK neftinin təqdiminin azaldılması barədə razılaşmaya nəzarət üzrə müştərək nazirlik komitəsinin iclası dünən Əlcəzairdə keçirilib.

OPEK-ə üzv olan və olmayan ölkələrin istehsalçıları 2016-cı ildə öz neft istehsallarının bütövlükdə gündə təribən bir milyon 800 min barrel azaldılması haqda razılığa gəldilər. Bu razılaşma cari ilin dekabrınadək mötəbərdir.

OPEK üzvləri cari ilin 22 iyununda Vyanada keçirdikləri iclasda bu təşkiilatın istehsal səviyyəsinin sabit qalması qərarına gəldilər.

Teqlər