Sen 24, 2018 13:09 Asia/Baku
  • Əhvaz terror hücumu şəhidlərinin dəfn mərasimi
    Əhvaz terror hücumu şəhidlərinin dəfn mərasimi

Əhvaz terror hücumu şəhidlərinin pak cənazələri Xuzistanın inqilabçı və şəhid yetişdirən əhalisinin geniş iştirakı ilə müşayiət olunub. Əhvaz terror hadisəsinin yüksək dərəcəli şəhidlərinin pak cənazələrinə meyit namazı qılınıb.

Nazirlər kabineti Əhvaz terror hücumu şəhidlərinin pak qanlarını əziz tutaraq, bu gün bütün ölkədə ümumi matəm elan edib. Həmçinin Xuzistan vilayətindəki bütün idarələr, dövlət təşkilatları, məktəb və universitetlər bu gün tətildir.

Şənbə günü Əhvazda silahlı qüvvələrin paradı zamanı baş verən terror hücumunda 25 nəfər şəhid olub.

Əhvaz terror hücumu şəhidlərinin dəfn mərasimi Əhvazın şəhid yetişdirən əhalisinin, eləcə də milli və vilayət rəsmilərinin iştirakı ilə keçirilib.

İran İslam Respublikası quruluşunun məsləhət şurasının katibi deyib: Xuzistanı İrandan ayırmaq, puç bir röyadır. İran və Xuzustan birlikdə olublar, birlikdədirlər və birlikdə də olacaqlar.

Mohsen Rezayi Əhvaz terror hadisəsinin yüksək dərəcəli şəhidlərinin pak cənazələrinin dəfn mərasimində əlavə edib: Bizim düşmənlərimizin heç biri İslami İranın qüdrəti və təhlükəsizliyinə xələl gətirə bilməz. O, deyib: Əgər düşmənlər təhlükəsizliyə zərbə vurmaq və bu kimi terror hərəkətləri törətmək niyyətində olarlarsa, İranın sərt cavabı ilə üzləşəcəklər.