Sen 24, 2018 19:24 Asia/Baku
  • İnqilab Rəhbəri: Kədərli Əhvaz hadisəsinin qorxaq amillərinə möhkəm qulaqburması verəcəyik
    İnqilab Rəhbəri: Kədərli Əhvaz hadisəsinin qorxaq amillərinə möhkəm qulaqburması verəcəyik

İslam İnqilabının Böyük Rəhbəri müdafiəsiz şəxslərə qarşı hücumu qorxaqcasına bir hərəkət adlandıraraq, vurğulayıblar: Kədərli Əhvaz hadisəsinin qorxaq amillərinə mütləq möhkəm qulaqburması verəcəyik.

Həzrəti Ayətullahuluzma Xamenei bu gün günortaçağı 2018-ci il İndoneziya Asiya oyunlarında medallar qazanmış bir qrup iranlı idmançının o həzrətlə görüşündə şənbə günü Əhvazda törədilmiş terror hadisəsinə toxunaraq, əlavə ediblər: Məlumatlara əsasən, bu qorxaqcasına hərəkət Suriya və İraqda problemlə üzləşərkən amerikalıların nicat verdikləri və əlləri səudiyyənin və əmirliklərin ciblərində olan kəslərin işidir.

Həzrəti Ayətullahuluzma Xamenei söyləyiblər: Bu kədərli hadisə bir daha göstərdi ki, İran xalqı çox iftixarlı tərəqqi və yüksəliş yolunda çoxlu sayda düşmənə malikdir.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin sionist rejimin nümayəndələrilə yarışma ilə müxalifətin səbəbinin bəyanında belə qeyd ediblər: İran İslam Respublikası inqilabın əvvəlindən sionist rejimlə rasist Cənubi Afrika rejimini tanımadı. Əlbəttə, Cənubi Afrikadakı aparteid rejimi süqut etdi və qəsbkar, yalançı və rasist sionist rejim də süqut edəcəkdir.

Həzrəti Ayətullahuluzma Xamenei vurğulayıblar: İran İslam Respublikası idman yarışlarında qəsbkar rejimin nümayəndələri ilə yarışmayacaq və bu qənaətdəyik ki, ötən il Əlireza Kəriminin bir nümunəsini həyata keçirdiyi bu işin özü, əsl bir çempionluqdur.

İslam İnqilabının Böyük Rəhbəri beynəlxalq yarışlarda medallar qazanan İran qızları və oğlanlarının iftixarlar yaratmalarının azadə xalqların sevincinə, zalım qüvvələr cəbhəsinin isə əsəbiliynə səbəb olduğunu bildirərək, əlavə ediblər: Zalım qüvvələr İran xalqının hər bir meydandakı qələbəsindən hiddətlənirlər. Buna görə, sizin qələbəniz əslində xalqın qələbəsi və İran düşmənlərinin geniş cəbhəsinin məğlubiyyətidir.

Həzrəti Ayətullahuluzma Xamenei elə bu nöqteyi-nəzərdən İran idmançılarının bəzi xarici mərkəzlər tərəfindən təhdid edilmələri mövzusuna nəzər salaraq, deyiblər: Zalım qüvvələrin yaratdıqları problemlər qarşısında təvazökar və başıaşağı olmaq iftixar gətirmir və siz yanlış və icbari problem və təhdidlərə təslim olmamalısınız!