Sen 27, 2018 11:02 Asia/Baku
  • Ruhaninin Nyu-Yorka səfəri sona çatdı

İran İslam Respublikası prezidenti Həsən Ruhani Birləşmiş Millətlər Təşkilatının baş asambleyasının illik sesiyasında çıxış etdikdən və müxtəlif ölkələrin rəhbərləri ilə ayrı-ayrılıqda görüşlər keçirdikdən sonra yerli vaxtla dünən günortadan sonra Nyu-Yorku Tehran məqsədi ilə tərk edib.

İİR prezidenti Nyu-Yorka 4 günlük səfərində baş asambleyanın illik sesiyasında çıxış etməkdən əlavə Nelson Mandela sülh iclasında da nitq söylədi və səfərinin son mərhələsində mətbuat konfransında çıxış etdi. 

Ruhani Nyu-Yorka səfərində müxtəlif Avropa, Amerika, Asiya ölkələri o sıradan Fransa prezidenti, Britaniyanın baş naziri, Venesuelanın prezidenti, Kubanın prezidenti, Malayziyanın baş naziri və Yaponiyanın baş naziri ilə görüşlər keçirdi. 

İİR prezidentinin son proqramı Birləşmiş Millətlər Təşkilatının baş katibi ilə görüş idi. Həsən Ruhani bu görüşdə Antonio Quterreşi beynəlxalq ictimaiyyətdə qanunsuzluq və əhdinə sadiq qalmamağın adi hal almasına imkan verməməyə çağırdı. 

İİR prezidenti Həsən Ruhani BMT baş asambleyasının 73-cü sesiyasında iştirak məqsədi ilə bazar günü Nyu-Yorka daxil olmuşdu. 

Teqlər