Sen 28, 2018 17:19 Asia/Baku
  • İran xalqı düşmənlərin fitnələrinə qarşı öz hiddətini ifadə edib
    İran xalqı düşmənlərin fitnələrinə qarşı öz hiddətini ifadə edib

Tehran əhalisi beynəlxalq imperializmin cinayətlərini və Əhvaz terror hücumunu pisləmək məqsədilə cümə namazından sonra geniş aksiyada iştirak edib.

Tehran əhalisi bu aksiyada sentyabrın 22-də Əhvazda törədilmiş terror hücumunu pisləyib. Namazqılanlar bu aksiyada həmin terror hadisəsini, həmçinin terrorçuların beynəlxalq himayədarlarını pisləyən şüarlar veriblər.

Terrorçular sentyabrın 22-də Əhvazda İran İslam Respublikasının silahlı qüvvələrinin paradının kənarında tamaşaçı əhaliyə tərəf atəş açdılar ki, nəticədə 24 nəfər şəhid oldu, 60-dan çox insan da yaralandı.

Əhvaz cinayəti Ərəbistanın tabeliyində olan İŞİD və Ələhvaziyyə terror qruplarının birgə hərəkəti olubdur.

Bundan öncə Tehranın cümə namazı xitabətçisi Ayətullah Mohəmməd Əli Movəhhedi Kermani Tehranın buhəftəki cümə namazı xütbələrində Əhvaz terror hücumunu pisləyərək, vurğulayıb: Terrorçuların məyus, pozğun və uşaqöldürən şefləri öz qarşılarında İran xalqını incitmək və ondan intiqam almaqdan başqa bir yol görmürlər.

Teqlər