Sen 30, 2018 18:19 Asia/Baku
  • İran narkotik maddələrlə mübarizədə öncüldür
    İran narkotik maddələrlə mübarizədə öncüldür

İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin koordinasiya üzrə rəis müavininin əvəzedicisi İranın narkotik maddələrlə mübarizədə öncül olmasından xəbər verib.

Briqada generalı pasdar Mohsen Fəthizadə bu gün Tehranda yerləşən xarici səfirliklərin narkotik maddələrlə mübarizə üzrə hərbi attaşeləri və koordinator zabitləri ilə yığıncaqda əlavə edib: İran İslam Respublikasının ən uğurlu hərəkətlərindən biri, beynəlxalq narkotik maddələr problemi ilə mübarizədir.

Mohsen Fəthizadə deyib ki, İranın narkotik maddələr tranziti yolunda yerləşməsi qaçaqmalçılıq və qaçaqmalçılarla mübarizənin çətinliyini bir neçə dəfə artırıbdır. O, əlavə edib: İran İslam Respublikası bu nəhs fenomenlə mübarizəni ciddi şəkildə izləyir.

Fəthizadə deyib: Çoxlu miqdarda narkotik maddənin aşkar edilməsi və narkotik maddələri tapan itlərin yetişdirilməsi İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin bu nəhs beynəlxalq fenomen ilə amansız mübarizədəki əzmkarlığına dəlalət edir.

BMT daim İranı narkotik maddələrlə mübarizənin bayraqdarı adlandırır.

Teqlər