Okt 01, 2018 17:38 Asia/Baku
  • Rusiya İranın Suriyada terrorçuların qərargahına qarşı raket hücumunu himayə edib
    Rusiya İranın Suriyada terrorçuların qərargahına qarşı raket hücumunu himayə edib

Kreml-in sözçüsü İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Əhvaz terror cinayəti başçılarının qərargahına qarşı raket hücumunu himayə edib.

Rusiya prezident aparatının sözçüsü Dmitri Peskov bu gün bu ölkənin İslam İnqilabı Keşikçiləri Korpusunun Əhvaz terror cinayəti başçılarının qərargahına qarşı raket hücumuna ilk reaksiyasında deyib ki, bu addım terrorizmlə mübarizə üzrə səylər istiqamətində atılıbdır.

Peskov əlavə edib: Suriyada terrorizmə və terror qruplarına qarşı müharibə davam edir.

Rusiya prezident aparatının sözçüsü ABŞ-ın və bəzi avropalı ölkələrin qüvvələrinin Suriyadakı iştirakları haqda isə belə deyib: Bu məsələ beynəlxalq qanunların pozulması deməkdir və Rusiyanın bu xüsusdakı mövqeyi tamamilə aydındır.

İranın məzlum və müdafiəsiz xalqından 25 nəfərin şəhid olması, 69 nəfərin də yaralanması ilə nəticələnmiş 22 sentyabr Əhvaz terror cinayətinin ardınca İslam İnqilabı Keşikçiləri Korpusu bu gün səhər tezdən terrorçuların Suriyada, Fərat-ın şərqində yerləşən mövqelərini İranın qərbindən  "yer-yer" tipli bir neçə ballistik raketlə hədəfə aldı.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei sentyabrın 24-də etdikləri bir çıxışda müdafiəsiz şəxslərə qarşı hücumu qorxaqcasına bir iş adlandıraraq, vurğuladılar: Mütləq kədərli Əhvaz hadisəsinin amillərinə sərt qulaqburması verəcəyik.

İslam İnqilabının Böyük Rəhbəri əlavə etdilər: Məlumatlara əsasən, bu qorxaqcasına iş Suriyada və İraqda hər yerdə problemlə üzləşərkən amerikalıların xilas etdikləri və əlləri səudiyyənin və əmirliklərin ciblərində olan kəslərin işidir.

Teqlər