Okt 03, 2018 21:29 Asia/Baku
  • Ruhani silahlı qüvvələrə təşəkkürünü bildirib
    Ruhani silahlı qüvvələrə təşəkkürünü bildirib

İran prezidenti İranın silahlı qüvvələrinə terrorçulara dəqiq və qətiyyətli cavab verdiklərinə görə öz təşəkkürünü bildirərək deyib: İslam inqilabının keşikçiləri korpusu qadın və uşaqlara rəhm etməyənlərin cavabını layiqli şəkildə verdi.

Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında İranın cavabının həmişə qətiyyətli və dağıdıcı olacağını vurğulayaraq deyib: İran terroru planlaşdıran və terrora əmr verənlərlə terroru törədənlərin eyni olduğu qənaətindədir və terroru törədənlərlə qarşılaşdığı kimi, terroru planlaşdıranlarla da qarşılaşacaq. 

Ruhani Amerikanın İrana qarşı məkirli planlarına toxunaraq deyib: Amerika dünyada təcrid olunub və kimsə amerikanların metodları ilə razılaşmır, razılaşmayacaq da. 

İİR prezidenti Amerikanın İrana qarşı təzyiqinin məqsədinin tamamiylə daxili xarakter daşıdığını və region və dünya eləcə də ciblərini boşaltdığı ərəblərlə və heç bir əlaqəsinin olmadığını bildirərək deyib: Amerikanın bütün səyləri İranla hərhansı bir səviyyədə müzakirə başlatmağa sonra isə İrana təzyiq göstərməklə müzakirəyə müvəffəq olduğunu elan etməyə yönəlmişdi. 

Ruhani İran xalqının ameirkanların təzyiqləri qarşısında müqavimət göstərdiyini bildirərək deyib: İran xalqı, dözümlü, igid, qəhrəman və müdrik xalq olaraq Amerikanın məkirli planları qarşısında məğlub olmayacaq. \

İİR prezidenti həmçinin Avropanın İranla maliyyə əlaqəsini qoruyub-saxlamaq üçün xüsusi bir qrum yaratmaqda olduğunu bildirərək deyib: Bu tədbirin həyata keçməsi Əhatəli Müştərək Təşəbbüs Proqramının qorunub saxlanılmasında önəmli addım ola bilər. 

Ruhani İraqın yeni prezidentinin seçilməsinə işarə edərək deyib: İran daima regionda stabilliyin, təhlükəsizliyin,demokratiyanın yayılmasını istəyir.  

 

Teqlər