Okt 07, 2018 14:30 Asia/Baku
  • Ruhani seldən zərəçəkənlərə yardım üçün bütün imkanların səfərbər edilməsi haqda göstəriş verib
    Ruhani seldən zərəçəkənlərə yardım üçün bütün imkanların səfərbər edilməsi haqda göstəriş verib

İran İslam Respublikası prezidenti İranın şimal vilayətlərindəki sel ilə bağlı son vəziyyət barədə məlumat aldıqdan sonra göstəriş veribdir ki, bütün imkanlar seldən zərəçəkənlərə təcili yardım üçün səfərbər edilsin.

Cümə günü axşam ildırım ilə müşayiət olunan yağış İranın şimal vilayətlərini bürüyübdür.

İranın şimal vilayətlərində yağıntının şiddəti o həddə oludbdur ki, hidrometeorologiya ekspertlərinin sözlərinə əsasən, ötən on yeddi ildə heç bir fəsldə bu şiddətdə yağıntı olmayıbdır.

Həsən Ruhani bu gün İranın daxili işlər nazirinə göstəriş veribdir ki, selin baş verdiyi vilayətlər, eləcə də qonşu vilayətlər səviyyəsindəki lazımi imkanlar ölkənin şimalında seldən zərəçəkənlərə təcili yardım üçün səfərbər edilsin.

Ruhani İranın səhiyyə nazirinə də göstəriş veribdir ki, seldən zərərçəkənlərin tez bir zamanda müalicə olunmaları üçün bütün müalicə mərkəzlərinin imkanlarından istifadə etsin.

 

Teqlər