Okt 10, 2018 11:53 Asia/Baku
  • Beynəlxalq Haaqa Məhkəməsi İranın ABŞ tərəfindən mal varlığının dondurulmasına dair şikayətini araşdırır
    Beynəlxalq Haaqa Məhkəməsi İranın ABŞ tərəfindən mal varlığının dondurulmasına dair şikayətini araşdırır

İran İslam Respublikasının mal varlığının dondurulmasına habelə, İranın Mərkəzi Bankına və bir sıra şirkətlərinə qarşı qanunsuz olaraq məhdudiyyətlərin tətbiq edilməsinə dair ABŞ əleyhinə şikayət ərizəsinin Beynəlxalq Haaqa Məhkəməsində araşdırılması prosesi 12 oktyabr tarixinə kimi davam edəcək.

İRİB-nin verdiyi məlumata görə, Beynəlxalq Haaqa Məhkəməsinin zaman cədvəlinə əsasən bu gün çərşənbə İran ABŞ əleyhinə şikayətinə dair dəlil və sübutlarını habelə, bu ölkənin mövqeyini məhkəməyə elan etməlidir. 

Cümə axşamı və cümə günləri də İran və Amerika ayrı-ayrılıqda iki məhkəmə iclasında öz mövqelərini şifahi şəkildə bəyan edəcəklər. 

Ötən bazar ertəsi günü (8 oktyabr) də ABŞ Beynəlxalq Haaqa Məhkəməsinin İranın şikayət ərizəsinin araşdırılmasına dair səlahiyyətə malik olduğunu bəyan edən ilkin qərarına öz iradlarını bəyan etmişdi. 

İranın ABŞ əleyhinə şikayəti 14 iyun 2016-cı il tarixində Beynəlxalq Haaqa Məhkəməsində qeydə alınıb. Daha sonra Haaqa Məhkəməsi Amerikanın 1955-ci ildə İran və Amerika arasında imzalanmış dostluq müqaviləsini pozduğunu elan edərək, ABŞ qarşısında bir sıra tələblər qaldırdı. Amma, ABŞ hökuməti Beynəlxalq Haaqa Məhkəməsinin İranın şikayətini araşdırmaq səlahiyyətinə malik olmadığını bildirib. 

Amerika Beynəlxalq Haaqa Məhkəməsinin İranın şikayətinə dair ilkin dinləmə iclasına təqdim etdiyi etiraznaməsində İranın terrorizmi himayə etdiyini iddia etmək və siyasi iddialar irəli sürməklə qeyri qanuni rəftarlarını əsaslandırmağa, İranın ölkədən kənardakı mal varlığının dondurulmasına, İran vətəndaşları və İran şirkətlərinə ölkədən kənarda maneələrin yaradılmasına dair beynəlxalq hüquq normalarına sığmayan qərarlarını əsaslandırmağa çalışıb. 

ABŞ hökumətinin təmsilçisi həmçinin, öz etiraznaməsində Vaşinqtonun 1995-ci ildə imzalanmış dostluq müqaviləsindən çıxmaq istədiyini elan etməklə, Ağ Evin İranın şikayəti qarşısında özünü müdafiə etmək üçün heç bir tutarlı dəlilə malik olmadığını dolayısı ilə təsdiqləmiş olub. 

Teqlər