Okt 13, 2018 09:54 Asia/Baku
  • BMT-də İran, ABŞ və rəbistan arasında diplomatik çəkişmə
    BMT-də İran, ABŞ və rəbistan arasında diplomatik çəkişmə

İran İslam Respublikasının BMT-nin Baş Assambleyasının birinci komitəsindəki nümayəndəsi Amerikalı və Ərəbistanlı həmkarları ilə diplomatik çəkişmə zamanı deyib: Ərəbistan terror krallığıdır və hətta, jurnalistlər də bu rejimin terrorundan amanda deyillər.

İRNA-nın məlumatına görə, Məhəmməd Hüseyn Qəniyi cümə günü axşam BMT-nin 73-cü  Baş Assambleyasının təhlükəsizlik və tərksilah komitəsinin iclasında İranı Yəmənə ballistik raket göndərməkdə ittiham edən Ərəbistan nümayəndəsinin cavabında deyib: Bu qondarma iddialar Ərəbistanın Yəməndəki müharibə cinayətlərini ört-basdır etmək üçündür. 

Qəniyi Ərəbistanın dünyada üçüncü ən iri silah idxalçısı olduğunu xatırladıb və deyib: Ərəbistan bu silahlardan Yəməndə mülki əhalini xüsusilə də məktəblərdə, məktəb avtobuslarında, dini məkanlarda və səhiyyə ocaqlarında uşaqları və xəstələri qırğın etmək üçün istifadə edir. 

İranın BMT-nin Baş Assambleyasının birinci komitəsindəki nümayəndəsi daha sonra Ərəbistan və İsrailin adlarının terrorizm ilə sinonim olduğunu deyərək, əlavə edib: Ərəbistan və sionist rejim regionda terrorizmin ən böyük ixracatçılarıdırlar. 

Qəniyi daha sonra ABŞ nümayəndəsinin İranı terrorizmi himayə etmək və Yəmənə raket göndərməkdə ittiham etməsinə cavab olaraq deyib: ABŞ-ın İran əleyhinə iddiaları tamamilə yersizdir. Çünki, İran regionda terrorçular ilə savaşır və region ölkələrini terrorizm ilə mübarizəyə dəvət edir. 

İranın BMT-nin Baş Assambleyasının təhlükəsizlik və tərksilah komitəsindəki nümayəndəsi sonda deyib: İranın terrorçulara qarşı mübarizə apardığı halda, digər ölkələr terrorçuları maliyyələşdirir və onları Suriyadan Əfqanıstana köçürürlər. 

Teqlər