Okt 14, 2018 15:38 Asia/Baku
  • General Səlami: Dünya Amerikaya qarşı birləşməkdədir
    General Səlami: Dünya Amerikaya qarşı birləşməkdədir

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın komandan əvəzi deyib: Dünya Amerikaya qarşı birləşməkdədir və heç bir ölkə İranın əleyhinə Amerikaya kömək etməyəcək.

Briqada generalı pasdar Hoseyn Səlami bu gün İranın Qom şəhərində bildirib ki, İran region və dünyanın siyasi hadisələrində əsas mehvərdir. O, deyib: Amerika təcriddə qalıb və bundan sonra da öz müttəfiqlərini itirəcəkdir.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın komandan əvəzi əlavə edib: İran xalqı düşmənlər qarşısında dayanaraq, onları məğlub edib və İran İslam Respublikasının silahlı qüvvələri islami quruluşun düşmənləri ilə mübarizə aparmaq üçün tam hazırlığa malikdirlər.

General Səlami İranın dünyanın digər ölkələri ilə geniş əlaqələrinə toxunaraq, deyib: Düşmənlərin islami quruluşun və inqilabın qüdrətindən qorxmaları onların ardıcıl məğlubiyyətlərindən söz açır.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın komandan əvəzi bildirib ki, Amerika sionist rejimin təhlükəsizliyini təmin etmək qüdrətinə malik deyil. O, vurğulayıb: Bütün dünyada xalqlar İslam İnqilabından meyar götürərək, təcavüzkarlar qarşısında dayanırlar və İslam İnqilabı dünyada İslamın qüdrətinin inkişafına səbəb olubdur.

Teqlər