Okt 14, 2018 20:30 Asia/Baku
  • İranın iştirakı ilə Pekində dünya polis universitetlərinin yığıncağı keçirilib
    İranın iştirakı ilə Pekində dünya polis universitetlərinin yığıncağı keçirilib

Dünya polis akademiyaları və universitetləri rektorlarının onuncu beynəlxalq toplantısı İran İslam Respublikasının iştirakı və Çin milli polis universitetinin təşkilatçılığı ilə Pekində keçirilib.

Polisin beynəlxalq təlim həmkarlıqları sahəsindəki son nailiyyətlərinin təqdimatı məqsədilə bu gün keçirilən dünya polis universitetlərinin yığıncağında 32 ölkənin polis akademiyaları və universitetlərinin rektorları iştirak ediblər.

İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin nümayəndəsi kimi bu yığıncaqda iştirak edən İranın Pekindəki polis koordinator zabiti polkovnik Musapur əmtəə mal qaçaqmalçılığı, insan alveri, narkotik maddələr, terror qrupları və mütəşəkkil cinayətlərlə mübarizə istiqamətində təlim və təcrübə mübadiləsi üçün müxtəlif ölkələrin polis əməkdaşlıqlarının zəruriliyini vurğulayıb.

Teqlər