Okt 14, 2018 21:31 Asia/Baku
  • İran-Rusiya elmi-mədəni həmkarlıqları konfransı keçirilib
    İran-Rusiya elmi-mədəni həmkarlıqları konfransı keçirilib

İranda "İran-Rusiya elmi-mədəni həmkarlıqları; imkanlar və perspektivlər" adlı konfrans keçirilib. Konfransı İran İslam Məzhəbləri Universiteti təşkil edib.

İran İslam Məzhəbləri Universitetinin rektoru Mohəmməd Hoseyn Moxtari bu gün Tehranda keçirilən İran-Rusiya elmi-mədəni həmkarlıqları konfransında deyib ki, bu universitetin vəzifəsi, din barədə nöqsanlı anlayışın və ekstremizmin qarşısının alınmasıdır.

Rusiyanın Tehrandakı səfiri Levan Caqaryan da Tehran ilə Moskva arasında tələbə mübadiləsinin önəminə toxunaraq, deyib: Rusiyanın xarici dilin, xüsusən fars dilinin tədrisinə olan marağına əsasən, İranda yaşayan bütün Rusiya işçiləri fars dilini bilirlər.

Teqlər