Okt 15, 2018 13:14 Asia/Baku
  • İran; Kimyəvi silahların ən böyük qurbanı
    İran; Kimyəvi silahların ən böyük qurbanı

İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri deyib: İran xalqı ədalətsiz müharibələrin, kimyəvi və qadağan edilmiş silahların habelə, müxtəlif minalar və bombaların ən böyük qurbanlarından biridir.

İRİB-nin verdiyi məlumata görə, general-mayor Əmir Hatəmi bu gün səhər Tehranda keçirilən dördüncü "Asiya-Okeaniya hərbi tibb" konfransının bağlanış mərasimində deyib: Müqəddəs Müdafiə illərində İraqın sabiq diktatoru Səddam İrana qarşı 570 dəfə kimyəvi bombadan istifadə etdi. Amma, beynəlxalq təşkilatlar bu kimi cinayətləri qınamaq üçün heç iclas da təşkil etmədilər. 

İranın müdafiə naziri militarist niyyətə malik olan ölkələri ilə mübarizəyə təkid edərək, deyib: Dünya qondarma nüvə böhranında İranın öz xoşməramlılığını necə sübut etdiyini müşahidə etdi. Və ABŞ-ın öz öhdəliklərindən boyun qaçırtmasına baxmayaraq, İran təmkinli davrandı. çünki, İran İslam Respublikası sülh tərəfdarı olan və məsuliyyət hissi daşıyan bir ölkədir. 

General-mayor Hatəmir ABŞ-ın İrana qarşı qanunsuz sanksiyalarına da işarə edib və deyib: ABŞ xalqların humanist ehtiyaclarının və dərman preparatlarının təmin edilməsində də, iqtisadi terrorizmdən istifadə edərək, maneə yaradır. 

İranın müdafiə naziri həmçinin, Tehran iclasının bağlanış mərasiminin kənarında jurnalistlər qarşısında deyib: ran kimyəvi silah nəticəsində xəsarət alan insanların müalicəsi sahəsində dərin təcrübəyə malikdir və bu təcrübəni digər ölkələr ilə paylaşmağa hazırdır. 

Dördüncü Asiya-Okeaniya Hərbi Tibb konfransı 12-15 oktyabrda Trhanda keçirildi. Bu gündən etibarən İran iki il müddətinə Beynəlxalq Asiya-Okeaniya Hərbi Tibb Komitəsinə sədrlik edəcək. 

Beynəlxalq Hərbi Tibb Komitəsi dövlətlərarası bir təşkilat olaraq 1920-ci ildə təsis edilib və müxtəlif ölkələrin silahlı qüvvələri ilə səhiyyə xidmətləri arasındakı əməkdaşlığın genişləndirilməsini qarşıya məqsəd qoyub. Hal hazırda 117 ölkə bu təşkilata üzvdür və 6 ölkə də müşahidəçi üzvdür. 

Teqlər