Okt 18, 2018 09:49 Asia/Baku
  • Xoşru: Dünya ABŞ qarşısında öz heysiyyətini qorumalıdır
    Xoşru: Dünya ABŞ qarşısında öz heysiyyətini qorumalıdır

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi deyib: Dünya ABŞ qarşısında öz heysiyyətini qorumalıdır.

Qulaməli Xoşru çərşənbə günü BMT-nin İnsan Haqları Şurasının xüsusi məruzəçisi İdris Cəzairi ilə görüşdə deyib: Dünya ictimaiyyəti ən azı öz heysiyyətini qorumaq üçün ABŞ-ın qanunsuz rəftarları qarşısında dayanmalıdır. 

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi daha sonra deyib: Amerika özü Təhlükəsizlik Şurasının üzvü olduğu halda, digər üzvlərdən Təhlükəsizlik Şurasının qətnaməsinə əməl etməmələrini istəyir. 

BMT-nin İnsan Haqları Şurasının xüsusi məruzəçisi İdris Cəzairi də bu görüşdə ABŞ-ın İrana qarşı sanksiyalarını qınayaraq, bunu ədalətsizlik adlandırıb. 

İdris Cəzairi bundan öncə də ABŞ-ın İrana qarşı sanksiyalarını "iqtisadiyyat savaşı" adlandırmış və ABŞ-ın İrana qarşı sanksiyalarda məqsədinin İran xalqının həyatına təsir buraxmaq olduğunu demişdi. 

Teqlər