Okt 18, 2018 12:59 Asia/Baku
  • İranın Hollandiyadakı səfiri: Beynəlxalq Haaqa Məhkəməsinin İrana qarşı sanksiyaların ləğvinə dair qərarı icrası vacib olan qərardır
    İranın Hollandiyadakı səfiri: Beynəlxalq Haaqa Məhkəməsinin İrana qarşı sanksiyaların ləğvinə dair qərarı icrası vacib olan qərardır

İran İslam Respublikasının Haaqadakı səfiri Beynəlxalq Haaqa Məhkəməsinin İrana qarşı sanksiyaların ləğvinə dair qərarının bütün ölkələr üçün icrası vacib qərar olduğunu bildirib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, İranın Haaqadakı səfiri Əlirza Cahangiri Holland jurnalistlər və media nümayəndələri qarşısında, Beynəlxalq Haqqa Məhkəməsinin ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarının ləğvinə dair qərarı haqda deyib: Beynəlxalq Haaqa Məhkəməsinin qərarı icrası vacib qərardır. ABŞ və digər ölkələr bu qərarı əsas tutaraq, onun icrasında problem yaradan sanksiyalar və məhdudiyyətləri dayandırmalıdırlar. 

Cahangiri əlavə edib: Avropanın bəzi aviasiya şirkətlərinin İrana təyyarə uçuşlarını dayandırmaları və ya bəzi xarici hava limanlarında İran təyyarələrinə yanacağın verilməməsi humanitar prinsiplərə ziddir və dərhal bu məsələyə düzəliş edilməlidir. 

İranın Hollandiyadakı səfiri daha sonra deyib: ABŞ-ın İran ilə dostluq müqaviləsindən çıxdığını elan etməsinin özü Beynəlxalq Haaqa Məhkəməsinin qərarının üçüncü paraqrafına ziddir. Beynəlxalq Haaqa Məhkəməsi öz qərarında tərəfləri ixtilafın daha da dərinləşməsinə və ya onun həllinin daha da mürəkkəbləşməsinə səbəb olacaq rəftarlardan çəkinməyə çağırıb. 

Beynəlxalq Haaqa Məhkəməsi 3 oktyabr 2018 il tarixində İranın ABŞ əleyhinə şikayətini araşdırmaq səlahiyyətini təsdiq edərək, bu xüsusda yekun qərarın çıxarılacağı zamana kimi İrana qarşı humanitar məhdudiyyətlərin ləğvinə dair qərar çıxardıb. ABŞ hökuməti bu qərarın ardınca 1955-ci ildə İran ilə imzalanmış dostluq müqaviləsindən çıxdığını elan etdi. 

Teqlər