Okt 19, 2018 18:07 Asia/Baku
  • İnqilab rəhbəri və şəhid İmad Müğniyənin atası və anasının şəkilləri xatirə olaraq şəhidin ailəsinə təqdim edilib
    İnqilab rəhbəri və şəhid İmad Müğniyənin atası və anasının şəkilləri xatirə olaraq şəhidin ailəsinə təqdim edilib

Həzrət Ayətullah Xameneinin İrsinin Qorunması və Nəşr Edilməsi Ofisinin nümayəndəsi şəhid İmad Müğniyənin anası Aminə Səlamənin mənzilində olaraq, şəhid Müğniyənin atası və anasının İnqilab Rəhbəri ilə görüşünü əks etdirən fotoşəkili şəhidin ailəsinə hədiyyə edib.

Livan Hizbullahının komandanlarından olan şəhid İmad Müğniyənin anası Aminə Səlamə  8 oktyabrda vəfat etdi və onun cənazəsi Beyrutun şəhidlər xiyabanında, şəhid övladı və nəvəsinin kənarında torpağa tapşırılıb. 

Şəhid Müğniyənin atası Faiz Müğniyə də ötən il vəfat etmişdi. 

İRİB-nin verdiyi məlumata görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin İrsinin Qorunması və Nəşr Edilməsi Ofisinin nümayəndəsi Beyrutda, şəhid Müğniyənin anası Aminə Slamənin mənzilində olaraq, şəhid Müğniyənin atası və anasının 20 fevral 2013-cü ildə İslam İnqilabının Böyük Rəhbəri ilə görüşünü özündə əks etdirən fotoşəkili şəhidin ailəsinə hədiyyə edib. 

İmad Müğniyə 2008-ciildə Dəməşqdə törədilən partlayışda şəhid olub. Şəhid Müğniyənin övladları Şəhid İmad Müğniyənin qardaşları Cihad və Fuad da öncəki illərdə Livanda şəhid olublar. 

Şəhid İmad Müğniyənin övladı da 2015-ci ildə Suriyanın Qüneytərə vilayətində gedən döyüşlərdə şəhid olub. 

Teqlər