General Baqeri: Pakistan iranlı sərhədçilərin oğurlanmaları üzrə terror amillərinin həbs olunmalarına səy göstərsin
İran silahlı qüvvələrinin baş qərargah rəisi iranlı sərhədçilərin oğurlanmaları üzrə terror amillərinin həbs olunmaları üçün Pakistan hökumətinin sürətli və qətiyyətli addımlar atmasını istəyib.
Oktyabrın 15-də axşamçağı Mircave sıfır sərhəd nöqtəsindəki mühafizə bazasında yerləşən sərhəd polk qüvvələri və yerli bəsic qüvvələrindən bir qrupu əks-inqilabçı qruplaşmalar tərəfindən oğurlanaraq, Pakistan ərazisinə köçürüldü.
General-mayor pasdar Mohəmməd Baqeri bu gün Pakistan ordusunun quru qoşunlarının komandanı ordu generalı Qəmər Cavid Bacva ilə telefon əlaqəsində deyib: Müştərək sərhədlərin təhlükəsizliyinin qorunması üzrə İran və Pakistan silahlı qüvvələri arasındakı razılaşmalara əsasən, İran İslam Respublikası Pakistan silahlı qüvvələrinin lazımi tədbirlər görərək, İranın oğurlanmış əsgər və sərhədçilərinin mümkün olan qısa bir zamanda azad edilmələri sahəsində səy göstərəcəklərini gözləyir.
Pakistan ordusunun quru qoşunlarının komandanı da İranın sərhəd polku qüvvələrinin oğurlanmalarından təəsüflənərək, ümidvarlıq edibdir ki, Pakistanın hərbi və təhlükəsizlik qüvvələrinin fəaliyyətləri tez bir zamanda terrorçuların həbs olunmaları və oğurlanmış sərhədçilərin azad edilmələri ilə nəticələnəcək.