Okt 20, 2018 16:24 Asia/Baku
  • İran-Suriya ticarət əməkdaşlığının genişləndirilməsi konfransı başlanıb
    İran-Suriya ticarət əməkdaşlığının genişləndirilməsi konfransı başlanıb

İran-Suriya ticarət əməkdaşlığının genişləndirilməsi konfransı iki ölkənin iqtisadi fəallarının iştirakı ilə Tehranda işə başlayıb.

Tehran ticarət, sənaye, mədən və kənd təsərrüfatı otağının sədri Məsud Xansari bu gün ikigünlük İran-Suriya ticarət əməkdaşlığının genişləndirilməsi konfransının başlanğıcında ümidarlıq edib ki, İran İslam Respublikası Suriya böhranında bu ölkə xalqının kənarında olduğu kimi, bu ölkənin bərpasında da iştirak edəcəkdir.

Suriyanın İrandakı səfiri Ədnan Mahmud da İranın özəl sektorunun Suriyadakı investisiyasını alqışlayaraq, deyib ki, bu ölkə hökuməti bərpa mərhələsində üstünlüyü öz müttəfiqlərinə, xüsusən İran İslam Respublikasına verib və Suriyada terrorizmin himayədarı olmuş və bu ölkə iqtisadiyyatını dağıtmış kəslərin Suriyada heç bir yeri olmayacaqdır.

Suriyanın müxtəlif şəhərlərinin özəl sektorunun iqtisadi fəalları və ticarət otaqlarının sədrləri və məsul şəxsləri daxil olmaqla əlli iqtisadi fəaldan ibarət Suriya ticarət heyəti iki ölkənin əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə Tehrana səfər edib.

Teqlər