Okt 21, 2018 08:30 Asia/Baku
  • Qasemi: İranın ABŞ seçkilərinə müdaxiləsi iddiası
    Qasemi: İranın ABŞ seçkilərinə müdaxiləsi iddiası "naməlum illüziya"dan qaynaqlanır

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü dünən gecə Vaşinqtonun İranı ABŞ konqresi seçkilərinə müdaxilə etmək və ona təsir göstərməkdə ittiham etmək üzrə səylərini kökdən qeyri-düzgün adlandırıb və bildirib ki, İranın ABŞ seçkilərinə müdaxiləsi iddiası "naməlum illüziya"dan qaynaqlanır.

Bəhram Qasemi söyləyib: İran İslam Respublikasının prinsipial siyasəti, digər ölkələrin daxili işlərinə qarışmamaqdır.

Qasemi sonra belə sual edib: Amerika prezidenti Donald Tramp iddia edir ki, onun hakimiyyətə gəlməsindən bəri İranın başı öz daxili işlərinə qarışıb və o qədər zəif olubdur ki, hətta daha regional məsələlər barədə fikirləşmək qüdrətinə belə, malik deyildir. Yaxşı, bəs necə ola bilər ki, onların zənnincə, başı öz daxili işlərinə qarışmış belə bir ölkə Amerikanın parlament seçkilərinə müdaxilə etmiş olsun.

Amerika milli kəşfiyyat rəisinin ofisi, daxili təhlükəsizlik nazirliyi, ədliyyə nazirliyi, Amerika Federal Təhqiqat Bürosu- FBI cümə günü birgə bəyanat yayaraq, heç bir fakta işarə etmədən İran, Rusiya və Çini ABŞ konqresinin ara seçkilərinə təsir göstərməyə səy etməkdə ittiham ediblər. 

Rəy sorğularının nəticələrinə görə, respublikaçılar bu seçkilərdə ağır bir məğlubiyyətin şahidi olacaqlar.