Okt 21, 2018 18:04 Asia/Baku
  • İran məktəblərində 420 mindən çox əfqan və iraqlı məktəbli təhsil alır
    İran məktəblərində 420 mindən çox əfqan və iraqlı məktəbli təhsil alır

BMT-nin mühacirlərin məsələləri üzrə ali komissarlığının İrandakı bürosunun başçısı İran məktəblərində 420 mindən çox əfqan və iraqlı məktəblinin təhsil almasına toxunaraq, əlavə edib: Bu məktəblilərin 123 min nəfəri mühacirlik ilə bağlı sənədlərə malik deyildir.

İrina Korenyak bu gün İranın İsfahan şəhərində xarici vətəndaşlar və mühacirlərin özəl məktəbinin açılılşı mərasimində İran İslam Respublikası dövləti tərəfindən mühacirlərə təhsil və səhiyyə xidmətlərinin təqdim olunmasını diqqətəlayiq və misilsiz adlandırıb və bundan razılıq edibdir.

O, deyib: İran İslam Respublikasının ən yüksək vəzifəli rəsmisi bu ölkədə mühacirlər üçün təhsil xərcinin ləğv olunması və pulsuz təhsilə malikolma zəminini yaradıbdır.

Korenyak söyləyib: İran dövləti öz övladlarının kənarında mühacirlərin övladları üçün təhsil zəmini yaradıbdır ki, dünya üçün parlaq bir gələcək qurmuş olsun.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin göstərişinə əsasən, "heç bir əfqanıstanlı uşaq, hətta qanunsuz və sənədsiz şəkildə İranda olan mühacirlər təhsildən geri qalmamalıdırlar və onların hamısı İran məktəblərində qeydə alınmalıdır".

Teqlər