Okt 22, 2018 20:52 Asia/Baku
  • Bijən Namdar Zəngənə - İranın neft naziri
    Bijən Namdar Zəngənə - İranın neft naziri

İran İslam Respublikasının neft naziri deyib: Ərəbistan və Rusiyanın illik neft istehsalı həcmi hazırda bu iki ölkə tarixində qeydə alınan ən yüksək həddə çatıb və onlar, daha artıq neft istehsal etmək və dünya bazarında İran neftinin yetirini doldurmaq imkanına malik deyillər.

İRİB-nin verdiyi məlumata görə, Bijən Namdar Zəngənə Ərəbistan və Rusiyanın neft bazarında İran neftinin yerini doldurmağa qadir olmadıqlarını deyərək, bunun neft bazarında nigaranlığa səbəb olduğunu bildirib: Dünya bazarında neftin bahalaşması dünya iqtisadiyyatına ciddi təsir göstərəcək. 

İranın neft naziri Ərəbistanın özünün rezerv nefti hesabına cari ilin may ayından sentyabra kimi hər gün bazara əlavə olaraq 500 min barel neft çıxara bildiyinə işarə edərək, deyib: Sentyabr ayında Rusiyanın da neft istehsalı həcmi may ayı ilə müqayisədə 388 min barel daha çox olub. Bu da Rusiyanın gündəlik neft istesalı üçün maksimum səviyyədir. Deməli, qısa müddət ərzində, əlavə sərmayə qoyuluşu olmadan, gündəlik neft istehsalının həcmini artıra bilməz. 

Zəngənə Ərəbistanın neft istehsalı həcminin azaldılmasına dair OPEK-də əldə olunmuş anlaşmanı pozması haqda da deyib: Ərəbistan ABŞ-ın təzyiqi altında neft istehsalı həcmini azaltmaq yerinə artırıb. 

Teqlər