Okt 22, 2018 20:54 Asia/Baku
  • Ərbəin zəvvarları
    Ərbəin zəvvarları

Xarici ölkələrdən Ərbəin mərasimində iştirak etmək üçün Kərbəlaya doğru hərəkət edən zəvvarlar İrana daxil olduqdan sonra yüksək səviyyədə qarşılanırlar.

İRNA-nın verdiyi məlumata görə, İranın Cənubi Xuzestan vilayətinin icra başçısının müavini Vəliyullah Həyati deyib: Səfər ayının əvvəlindən indiyə kimi 25 min xarici zəvvar Şələmçə sərhəd keçid məntəqəsindən keçərək, İraqa daxil olub. 

Həyati həmçinin deyib: Xarici ölkələrdən gələn zəvvarlar əsasən Rusiya, Livan, Pakistan, Azərbaycan, Hindistan və Türkiyə vətəndaşlarıdırlar. 

11 oktyabrdan bəri Şələmçə gömrüyü vasitəsilə İraqa daxil olan Ərbəin zəvvarlarının sayı 130 min nəfəri ötüb. 

Teqlər