Okt 22, 2018 20:54 Asia/Baku
  • İran 8-ci ən iri ipək istehsalçısıdır
    İran 8-ci ən iri ipək istehsalçısıdır

İranın Baramaçılıq Mərkəzinin direktoru deyib: İran İslam Respublikası ildə 120 ton ipək istehsal etməklə dünyada 8-ci ən iri ipək istehsalçısıdır.

İRİB-nin verdiyi məlumata görə, Ədil Sərəvi bazar ertəsi günü dünyada istehsal edilən ipəyin 90%-nin Asiya ölkələrində istehsal edilməsinə işarə edərək, deyib: Çin illik 142 min ton ipək istehsal etməklə dünyada birincidir. Hindistan isə 32 min ton ipək istehsal etməklə ikinci yerdədir. İran da illik 120 ton ipək istehsal etməklə səkkizinci yerdədir. 

Ədil Sərəvi İranda baramanın 92%-nin 7 vilayətdə istehsal edildiyini bildirib və deyib: Gilan vilayəti 40%-lik paya malik olmaqla birinci, Rəzəvi Xorasanı isə 30% ilə ikincidir. 

 

Teqlər