Okt 23, 2018 15:07 Asia/Baku
  • İranda 3 terror dəstəsi məhv edildi
    İranda 3 terror dəstəsi məhv edildi

İran İslam Respublikasınn təhlükəsizlik naziri İranın cənub-qərbində, Xuzestan vilayətində 3 terror dəstəsinin aşkar və məhv edilməsindən xəbər verib.

İranın təhlükəsizlik naziri seyid Mahmud Ələvi çərşənbə axşamı Xuzestan vilayətində yerləşən Şələmçə sərhədinə baxış keçirərkən, jurnalistlər qarşısında 3 terror dəstəsinin ələ keçirilən üzvlərinin sayının 15 nəfər olduğunu bildirib və deyib: Həbs edilən terrorçular Ərbəin zəvvarlarına qarşı terror aktı törətmək niyyətində olduqlarını etiraf ediblər.

İranın təhlükəsizlik naziri İran və dünyada aşkar edilən terror dəstələrinın sayı haqda isə deyib: Fransa kimi ölkələrdə hər 10 terror aktından yalnız 5-6-sını təhlükəsizlik qüvvələri öncədən kəşf edə bilir. Yerdə qalan terror aktları isə baş tutur. Amma, İranda terror aktına hər 100 cəhddən 99-u təhlükəsizlik qüvvələri tərəfindən aşkar edilərək, zərərsizləşdirilir.

Ələvi əlavə edib: İranın təhlükəsizlik qüvvələri tərəfindən terror aktına cəhdlərin bu səviyyədə aşkar olunaraq, zərərsizləşdirilməsi dünyada misilsizdir.

Teqlər