Okt 26, 2018 18:11 Asia/Baku
  • Avropa Çin və Rusiyadan İran ilə maliyyə əlaqələri strukturuna qoşulmalarını istəyib
    Avropa Çin və Rusiyadan İran ilə maliyyə əlaqələri strukturuna qoşulmalarını istəyib

Rusiyanın Avropa Birliyindəki səfiri deyib: Avropa Birliyi Çin və Rusiyanı sanksiya şəraitində İran ilə iqtisadi əlaqələri davam etdirə bilmək üçün özəl maliyyə sisteminə qoşulmağa dəvət edib.

Vladimir Kişev cümə axşamı Rusiya 24 telekanalına verdiyi müsahibədə deyib: İran ilə ticarət əlaqələrini qorumaq Avropa Birliyinin başlıca prioritetlərindəndir və beynəlxalq pul və maliyyə mübadilə sistemi olan "SWIFT"in kənarında İran ilə pul və maliyyə mübadiləsinə imkan verən yeni bir mexanizm hazırlamağa çalışır.

Kişev əlavə edib: İran ilə iqtisadi əlaqələrə malik olan Avropa ölkələri bu mexanizm üzərində ciddi formada işləyirlər və bu ölkələrin başında İran ilə nüvə anlaşmasını imzalayan Britaniya, Fransa və Almaniya dayanır.

Bu üç ölkə Rusiya və Çin ilə yanaşı sentyabrın əvvəllərində birgə bəyanat yayaraq, nüvə anlaşmasını qorumağa və ABŞ-ın sanksiyalar tətbiq edəcəyi şəraitdə İran ilə ticarət əlaqələrini davam etdirməyə çalışırlar.

Teqlər