Okt 31, 2018 20:41 Asia/Baku
  • Ruhani: Amerika yeni planında qələbə qazanmayacaq
    Ruhani: Amerika yeni planında qələbə qazanmayacaq

İran İslam Respublikası Prezidenti deyib: Amerikanın sanksiyalarına rəğmən bir çox Asiya və Avropa ölkəsi İran ilə əməkdaşlıqların davam etdirilməsində maraqlıdırlar.

İİR prezidenti Həsən Ruhani bu gün iqtisadi əməkdaşlıqlar üçün müxtəlif ölkələrin nümayəndələrinin İran ilə əlaqə yaratmalarına toxunaraq deyib: Amerikanlar növbəti məkirli planlarında uğur qazanmayacaqlar və get-gedə geri oturmaqdadırlar ona görə ki, İranın ixracatını sıfıra endirməkdə uğur qazana bilmədilər. 

İİR prezidenti amerikanların İran xalqını psixoloji və iqtisadi təzyiqlərlə əsəbiləşdirmək niyyətində olduqlarını bildirərək deyib: İran xalqı amerikalılara qarşı və onların cinayətlərinə görə əsəbidirlər. 

Ruhani deyib: Biz problemləri asanlıqla arxada qoymağa qadirik və ticarət tərəflərimizə deyirik ki, Amerikanın təzyiqləri müvəqqətidir. 

İİR prezidenti çıxışının davamında İmam Hüseyn(ə) ərbəini zəvvarlarına xidmətlər göstərdiyinə görə İraq dövləti və xalqına öz təşəkkürünü bildirərək deyib: Ərbəinin mesajı azadlıq və müstəqillik, təhlükəsizlik və beynəlxalq sülh mesajıdır və bütün azadlıq və insanlıq aşiqləri onun ardınca olmalıdırlar. 

Teqlər