Noy 02, 2018 15:41 Asia/Baku
  • Tehranda elektrik sənayesi üzrə 18-ci beynəlxalq sərgi işə başlayıb

Tehranda İranın elektrik sənayesi üzrə on səkkizinci beynəlxalq sərgi bu gün işə başlayıb. Sərgidə beş yüz on iranlı və xarici şirkət iştirak edir.

İranın elektrik sənayesi üzrə on səkkizinci beynəlxalq sərgidə 442 iranlı və Avstriya, Almaniya, Rusiya, Yaponiya, İngiltərə, Çin, İtaliya, Fransa, İsveçrə, Cənubi Koreya və Amerika kimi on səkkiz ölkədən 68 xarici şirkət iştirak edir.

Sərginin ilk günündə İranın energetika nazirinin elektrik sənayesi üzrə özəl sektorun fəalları və qurumları ilə anlaşma yığıncağı keçiriləcək. "İranın elektrik sənayesinin problemləri və inkişaf yolları" adı altında keçirilən bu yığıncaqda məqsəd, daha artıq anlaşmanın yaradılmasıdır.

İranın elektrik sənayesi üzrə on səkkizinci beynəlxalq sərgi noyabrın beşinədək davam edəcək.

Teqlər