Noy 03, 2018 13:47 Asia/Baku
  • Zərif avropalı rəsmilərlə telefonla danışıb
    Zərif avropalı rəsmilərlə telefonla danışıb

İranın xarici işlər naziri Avropa Birliyi xarici siyasət koordinatoru, Almaniya, İsveç və Danimarkanın XİN başçıları ilə telefon əlaqəsi saxlayaraq nüvə sazişi barədə onlarla danışıqlar aparıb.

İİR XİN mətbuat xidmətinin verdiyi məlumata görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən gecə Avropa Birliyi xarici siyasət koordinatoru Federika Moqerini, Almaniya XİN başçısı Hayko Maas, İsveçin XİN başçısı Marqot Valstrum və Danimarka XİN rəhbəri Hunter Smuelson ilə telefon danışıqlarında Amerikanın İrana qarşı sanksiyaları bərpa etməsi və Avropanın Amerikanın bu sahədəki hərəkətləri ilə qarşılaşaq istiqamətindəki təşəbbüsləri barədə fikir mübadiləsi aparıb. 

Zərif Danimarka XİN başçısı ilə danışıqlaırnda İrana qarşı əsassız ittihamı rədd edərək sionist rejimin İran ilə AB ölkələri arasındakı əlaqələri əngəlləmək cəhdlərinə diqqət çəkib, Tehranın sözü gedən məkirli planın müxtəlif cəhətlərinin aydınlaşması və həqiqətin üzə çıxması üçün Danimarkanın təhlükəsizlik rəsmiləri ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. 

Danimarkanın XİN başçısı Avropa Birliyinin xarici siyasət koordinatori eləcə də Almaniya və İsveçin XİN başçıları da bu telefon söhbətində özlərinin nüvə sazişinə sadiq qaldıqlarını təkrar vurğulayaraq İranla pulköçürmə mexanizminin qorunub saxlanılması, İran neft və qazının ixracatının davam etməsi sahəsindəki səylərini vurğulayıblar və Avropa ölkələrinin XİN başçılarından əlavə maliyyə nazirlərinin də Avropanın xüsusi maliyyə mexanizminin icra edilməsi sahəsindəki öhdəliklərinin əhəmiyyətinə diqqət çəkiblər. 

Teqlər