Noy 03, 2018 18:14 Asia/Baku
  • İran XİN: Amerikanın sanksiyaları bərpa etməsi Vaşinqtonun əxlaqi və siyasi çöküşüdür
    İran XİN: Amerikanın sanksiyaları bərpa etməsi Vaşinqtonun əxlaqi və siyasi çöküşüdür

İranın Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq bildirib ki, İİR dost ölkələrlə əməkdaşlıqla və özünün daxili və beynəlxalq potensiallarına sövkənərək, zəka və tədbirlə Amerikanın qeyri-qanuni sanksiyaları problemini arxada qoymağa qadirdir.

İİR XİN mətbuat xidmətinin bildirdiyinə görə, bəyanatda deyilir: Baxmayaraq ki, ABŞ-ın İrana qarşı sanksiyalarının növbəti mərhələsi son altı aylıq dövr ilə müqayisədə İran iqtisadiyyatına azacıq mənfi təsirə malik olmuşdur ancaq Amerika rejimi üçün böyük əxlaqi və siyasi çöküşdür. 

İİR XİN bəyanatında deyilir: İrana qarşı sanksiya, nüvə sazişinin pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması, Beynəlxalq Ədalət Məhkəməsinin hökmünün pozulması, dünyanın əksər ölkələrinin aşkar iradəsinə qarşı çıxma və humanitar, hüquqi və əxlaqi prinsiplərə etinasızlıqdır. 

Bəyanatda deyilir: İrana qarşı sanksiya bir daha beynəlxalq ictimaiyyətin bütün üzvlərinə, xüsusiylə Amerikanın müttəfiqi və ortağı olan ölkələrə göstərdi ki, Amerika hökuməti nəinki beynəlxalq qaydalar və normalara əhəmiyyət vermir hətta beynəlxalq normalar və öhdəliklərə sadiq qaldıqlarına görə digər ölkələri cəzalandırır və bu Amerikanın dostu və müttəfiqi olan ölkələrə də aiddir.  

Teqlər