Noy 06, 2018 20:08 Asia/Baku

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Aviasiya və Kosmonavtika Qüvvələri ilk dəfə olaraq "Vilayət-97" hava hücumundan müdafiə manevrinin ikinci günündə "Bəşir" qırıcı təyyarələrə nəzarət və 3D lokator sistemindən istifadə edib.

İRNA-nın məlumatına görə, "Vilayət-97" manevrinin informasiya qərargahı çərşənbə axşamı yaydığı məlumatda bildirib: Manevrin gedişində icra edilən əməliyyatlar zamanı müxtəlif raket və artilleriya sistemləri ilə yanaşı ilk dəfə olaraq  "Bəşir" qırıcı təyyarələrə nəzarət və 3D lokator sistemindən də istifadə edilib. 

Manevrin ikinci mərhələsində İranın lokator sistemləri o cümlədən "Fəcr" kəşfiyyat lokatoru, "Rəəd" elektron kəşfiyyat lokatoru və "Kruz" raketlərinin izlənilməsi sistemi sınaqdan keçirilib. 

Düşmənin gizli hədəflərinin aşkar edilməsi, izlənilməsi və zərərsizləşdirilməsi qərargahı manevrin gedişində müxtəlif növ lokator sistemləri, elektron kəşfiyyat qurğuları, pilotsuz uçan aparatlar və piot tərəfindən idarə edilən kəşfiyyat təyyarələrindən istifdə olunduğunu bildirib. 

İran İslam Respublikası silahlı qüvvələrinin müştərək "Vilayət-97" hava hücumundan müdafiə manevri ölkənin şərq, qərb və mərkəzi məntəqələrində 500 min kvadrat kilometrlik bir ərazidə keçirilir. 

Teqlər