Noy 12, 2018 13:18 Asia/Baku
  • Səudların general Soleymanini terror etmək üzrə planı ifşa olunub
    Səudların general Soleymanini terror etmək üzrə planı ifşa olunub

Bir amerikan qəzet səudların bəzi iranlı rəsmiləri terror etmək və bu ölkənin iqtisadi sisteminə xələl gətirmək üzrə planını ifşa edib.

Nyu-York Tayms qəzetinin saytı Mark Mazeti, Ronnen Bergmen və Devid Key Kerkpatrikin qələmindən çıxmış bir reportajda səudların və xüsusən də bin Salmanın İranda təxribatçılıq törətmək və general Soleymanini terror etmək üzrə planını ifşa edib.

Məlumatlı mənbələr ifşa ediblər ki, səudiyyənin vəliəhdi Muhəmməd bin Salmana yaxın olan bu rejimin baş kəşfiyyat zabitləri ötən il bəzi iranlı rəsmləri terror etmək məqsədilə xüsusi şirkətlərdən istifadə barədə bir qrup iş adamının fikrini öyrəniblər. Bu tədbir Ərəbistanın ozamankı müdafiə naziri və vəliəhd əvəzi Muhəmməd bin Salmanın öz qüdrətini möhkəmlətmək və müşavirlərini bu ölkədən xaricdə kəşfiyyat və hərbi əməliyyatların şiddətləndirilməsi səmtinə istiqamətləndirməklə məşğul olduğu zaman həyata keçirilibdir.

Bu şəxslərin, özü də, Camal Qaşıqçının ölümündən bir il öncə apardıqları dialoqlar göstərir ki, səud rəsmiləri azı bin Salmanın indiki vəzifəsinə gəldiyi zamandan bəri terrorlar məsələsini nəzərdə tutmuşdular. Səud başçıları Qaşıqçının ölümünü özbaşına ölüm adlandırıblar ki, onun göstərişini bu ölkədən ixrac olunmuş bir rəsmi şəxs veribdir. Bu rəsmi şəxs, yəni general-mayor Əhməd Ələsiri ötən ilin martında Ərəbistanın paytaxtı Ərriyadda keçirilən bir iclasda iştirak edirdi. Həmin iclasda tacirlər və iş adamları İranın bəzi rəsmilərinin terror edilmələri və İran iqtisadiyyatında təxribatçılıq istiqamətində səy məqsədilə xüsusi kəşfiyyat amillərindən istifadə üzrə iki milyard dollarlıq bir bir planı təqdim etdilər.

Bu iclasın gedişində general-mayor Ələsirinin baş köməkçiləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı Qasem Soleymaninin öldürülməsi barədə dəfələrlə planlar irəli sürüblər.