Noy 12, 2018 19:06 Asia/Baku
  • Laricani: Avropa Amerikanın hərəkətləri qarşısında müstəqil hərəkət etsin
    Laricani: Avropa Amerikanın hərəkətləri qarşısında müstəqil hərəkət etsin

İran İslam Şurası Məclisinin sədri bildirib ki, Amerika prezidenti Donald Trampın rəftarı beynəlxalq səhnədə qaranlıq bir vəziyyət yaradıb. O, deyib ki, Avropa Amerikanın hərəkətləri qarşısında müstəqil hərəkət etsin.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün Tehranda Almaniyanın keçmiş xarici işlər naziri Ziqmar Qabriel və onu müşayiət edən heyətlə görüşdə əlavə edib: Əgər Avropa Amerikanın hərəkətləri qarşısında müstəqil hərəkət edə bilərsə, bu, Avropa ölkələrinin xeyrinə olmuş olar.

Laricani həmçinin bildirib ki, İran Avropa ilə əməkdaşlığa hazırdır. O, deyib: Nüvə anlaşmasından sonra İran-Avropa iqtisadi həmkarlıqlarında irəliləyişlər yarandı və bu proses davam etdirilməlidir.

Ziqmar Qabriel də bu görüşdə vurğulayıb ki, Avropa Amerikanın bütün siyasətlərilə razı deyil. O, deyib: Avropada nüvə anlaşmasının qorunub saxlanılması və İran qarşısındakı öhdəliklərin icrası ilə bağlı qətiyyətin olduğu həddə Amerika ilə mübarizə məsələsində də fikir ayrılığı mövcuddur.

"Almaniya bilir ki, İran nüvə anlaşması barəsində sonsuza qədər səbr edə bilməz" deyən Qabriel əlavə edib: Almaniyada Amerikadan asılı olmayan və İranla həmkarlığa maraq göstərən çoxlu sayda kiçik və orta şirkət mövcuddur.

Almaniyanın keçmiş xarici işlər naziri həmçinin Yəmən böhranına toxunub. O, deyib: Ali-səud təkcə Ağ Ev-dən göstəriş alır və Almaniyanın səud kralı ilə problemləri vardır.

Qabriel İrandan istəyibdir ki, Yəmən böhranının həllində təsirli rol oynasın.