Noy 12, 2018 20:31 Asia/Baku
  • Qəribabadi: İranın nüvə anlaşmasına sadiqliyi 13-cü dəfə təsdiq olunub
    Qəribabadi: İranın nüvə anlaşmasına sadiqliyi 13-cü dəfə təsdiq olunub

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi MAQATE baş direktorunun nüvə anlaşmasının icrası üzrə faktların araşdırılması barədəki hesabatının yayıldığını elan edərək, deyib: Bu hesabat 13-cü dəfə İranın nüvə anlaşmasındakı öhdəliklərinə sadiq qaldığını təsdiq etdi.

Kazem Qəribabadi bu gün sonra belə deyib: MAQATE baş direktorunun hesabatında deyilir ki, nüvə anlaşmasının icra olunduğu gündən agentlik bu anlaşmanın maddələrinə əsasən, İran tərəfindən əlaqədar nüvə öhdəliklərinin icrası üzrə faktların araşdırılması və nəzarəti davam etdirib və agentlik əlaqədar saytlara çıxmaq və təftiş prosesində bir problemlə üzləşməyibdir.

Qəribabadi vurğulayıb ki, ABŞ-ın nüvə anlaşması qarşısındakı rəftarının əksinə olaraq, İran bu anlaşma qarşısında məsuliyyətli rəftara malik olubdur. O, deyib: Əgər nüvə anlaşması tərəfləri bu anlaşmanın davam etməsinin tərəfdarıdırlarsa, onda İranın nüvə anlaşmasının mənfəətlərindən bəhrələnməsini təcili və münasib real tədbirlər görməklə təmin etməlidirlər.