Noy 12, 2018 21:53 Asia/Baku
  • İran Yəməndəki ağır insan şəraitindən nigarandır
    İran Yəməndəki ağır insan şəraitindən nigarandır

İran Xarici İşlər Nazirliyinin sözçüsü Yəməndəki ağır insan şəraitindən nigarançılıq edərək, deyib: Yəməndə insan faciəsinə son qoyulması müasir dünya üçün tarixi bir məsuliyyətdir.

Bəhram Qasemi bu gün Yəməndəki son günlərin hadisələrinə və bu ölkədəki şəraitin ağırlığına, xüsusən səud koalisiyası qırıcıları tərəfindən Əlhudəydədə mənzillərin və müalicə mərkəzlərinin durmadan bombardman edilməsinə reaksiyada deyib: Belə bir durumun yaranmasının amili, təcavüzkarların beynəlxalq ictimaiyyətin xəbərdarlıqları və nigarançılıqlarına diqqətsizliyidir ki, əsassız bəhanələr və illüziyalardan irəli gələn əsaslandırmalarla Yəmənin müdafiəsiz xalqını qırıcıların hücumları və bombardmanları altında qərar veriblər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü BMT-nin insan haqları üzrə baş komissarı Mişel Başletin Yəmənin ağır şəraitini etiraf etməsinə toxunub. O, deyib: Bu BMT rəsmisinin yəmənli mülkilərin əzablarına son qoyulması üzrə tələbi yerli olaraq, Yəməndə baş verən acı reallıqlara uyğundur və dünya ictimaiyyəti ona ciddi yanaşmalıdır.