Noy 13, 2018 12:49 Asia/Baku
  • İranın Mərkəzi Bankı: SWIFT-in xidmətlərinin kəsilməsi İranın xarici ticarət prosesinə xələl gətirməyəcək
    İranın Mərkəzi Bankı: SWIFT-in xidmətlərinin kəsilməsi İranın xarici ticarət prosesinə xələl gətirməyəcək

İran İslam Respublikasının Mərkəzi Bankı İranın bəzi banklarında Dünya Banklararası Maliyyə Kanalları Cəmiyyəti- SWIFT-in xidmətlərinin kəsilməsinə reaksiyada deyib: SWIFT-in xidmətlərinin kəsilməsi İranın xarici ticarət və valyuta mübadilələri prosesinə xələl gətirməyəcək.

İranın Mərkəzi Bankı bir məlumatda bildirib: SWIFT beynəlxalq səviyyədə müəssisələr və banklar arasında sırf mesajlaşma sistemi olaraq, hesabların saxlanılmasında və valyuta hesablaşmalarında bir rol oynamır. O, qeyd edib ki, İranın bank sistemi SWIFT-in xidmətlərinin kəsilməsi ehtimalı ilə müddətlər bundan öncədən alternativ mesajlaşma sistemini inkişaf etdirərək, icraya qoyubdur.

İranın Mərkəzi Bankı bu məlumatda vurğulayıb ki, iqtisadi fəallar öz ticarət işlərində valyuta lisenziyasına malik olan bütün iranlı bankların xidmətlərindən əminliklə istifadə edə bilərlər.

SWIFT dünən bəzi iranlı bankların bu beynəlxalq bank sisteminə çıxa bilmələri imkanını dayandırdı.

Beynəlxalq maliyyə əməliyyatlarını asanlaşdıran SWIFT-in qərargahı Belçikada yerləşir, amma onun rəyasət heyətinin üzvlərini amerikalı bankların müdirləri təşkil edirlər.