Noy 15, 2018 12:01 Asia/Baku
  • Donanma admiralı Xanzadi Hind okeanı kənarındakı bəzi ölkələrin dəniz qüvvələrinin komandanları ilə görüşüb

İran İslam Respublikası ordusu dəniz qüvvələrinin komandanı Hind okeanı kənarındakı bəzi ölkələrin dəniz qüvvələrinin komandanları ilə görüşüb.

Hind okeanı kənarındakı ölkələrin dəniz qüvvələrinin komandanları iclasının onuncu ildönümü mərasimində iştirak etmək üçün Hindistana səfər etmiş donanma admiralı Hoseyn Xanzadi dünən bu iclasın kənarında Yaponiya, Hindistan, Malayziya, Çin, İtaliya, Sinqapur və Rusiya daxil olmaqla digər ölkələrin dəniz qüvvələrinin bəzi komandanları ilə görüşüb.

İran İslam Respublikası ordusunun dəniz qüvvələri iki il müddtəinə Hind okeanı kənarındakı ölkələrin dəniz qüvvələrinin komandanlarının iclasına sədrlik edir və bu günədək həmin iki ildən təqribən altı ay ötür.

Teqlər