Noy 15, 2018 15:32 Asia/Baku
  • Sepah-ın baş komandanı: Oğurlanmış iranlı sərhədçilərdən beşi azad edilib

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı Ceyşulzulm terror qruplaşmasının ixtiyarında olan iranlı girovların talelərinə toxunaraq deyib ki, oğurlanmış iranlı sərhədçilərdən beşi azad edilib və hazırda Pakistan hökumətinin ixtiyarındadır.

Cari ilin on beş oktyabrında İranın cənub-şərqində yerləşən Mircavə məntəqəsindəki sıfır sərhəd nöqtəsində yerləşmiş on iki iranlı sərhədçi, əks-inqilabçı və terrorçu qruplaşmalar tərəfindən oğurlanaraq, Pakistan ərazisinə aparıldı.

General-mayor pasdar Mohəmməd Əli Cəfəri bu gün səhər Qəzvin vilayətinin üç min şəhidi ilə bağlı mərasimin sonuncu günündə əlavə edib: Bütün iranlı sərhədçilərin azad edilməsi zamana ehtiyaclıdır və nigarançılığa zəmin yoxdur.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı Ərəbistanın İrana qarşı təhdid və hərəkətlərinə toxunaraq, deyib: Region ölkələrinin İrana qarşı hərəkətləri və təhdidlərinin cavablarından bir çoxu qeyri-media, qeyri-əyani və əlbəttə, ağrılı olacaqdır.

General-mayor pasdar Cəfəri vurğulayıb: Düşmənlər İslam İnqilabı və Sepah-ın regiondakı hərəkətləri məcmusundan son dərəcə narahatdırlar və əslində İranın Suriya, Yəmən və İraqdakı hərbi məsləhətçilərinin himayələri, müqavimətləri və hərəkətləri onları olduqca əsəbiləşdiribdir.