Noy 16, 2018 10:40 Asia/Baku
  • İranın BMT-dəki səfiri ABŞ və Kanadanın insan haqlarına bir vasitə kimi baxmalarını tənqid edib

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndənin müavini ABŞ və Kanadanın insan haqlarına bir vasitə kimi baxdıqlarını bildirib.

Eshaq Ale-Həbib dünən gecə BMT Baş Assambleyasının yığıncağında çıxış edib. O, Kanadanın ABŞ-ın dəstəyi ilə insan haqları barədə İrana qarşı hazırladığı qətnamə layihəsinə işarə edərək, deyib: İnsan haqları və demokratiyanın ən böyük düşmənləri, ondan özlərinin imperialist maraqları ilə təzad təşkil edən ölkələrin dövlətləri və xalqlarına qarşı xarici siyasət vasitəsi kimi istifadə edən kəslərdir.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini ABŞ-ın dövlət katibi Mayk Pompeonun bütün iranlıları aclıqla hədələməsinə dair son sözlərini tənqid edərək, əlavə edib: Qida və dərmandan vətəndaşlara kimi bir silah kimi istifadə, bəşəriyyətə qarşı cinayətdir.

İranın BMT-dəki səfiri həmçinin Kanadanın sionist rejimin fələstinlilərə qarşı cinayətlərinə hərtərəfli şəkildə dəstək verməsinə toxunaraq, qeyd edib ki, Kanada üçün sionist rejimin təcavüzlərinin qurbanları olan milyonlarla nəfərin taleyi önəmsizdir.

Teqlər