Noy 16, 2018 17:14 Asia/Baku
  • Tehranın cümə namazı xitabətçisi: Tramp Amerikanın dünyadakı simasını daha da mənfurlaşdırıb

Tehranın cümə namazı xitabətçisi deyib: Ameirka prezidenti Donald Tramp bu ölkənin dünyadakı simasını daha da mənfurlaşdırıbdır.

Ayətullah Mohəmməd Emami Kaşani Tehranın buhəftəki cümə namazı xütbələrində deyib: Heç vaxt Amerikada bu ölkənin prezidentinin siması indikindən daha mənfur olmayıbdır. O, əlavə edib: Amerika dövləti geniş fəsadlar, qanlı savaşlar, eləcə də sionist rejimi və Ərəbistanı himayə etməklə dünyada ən pis simaya malikdir.

Tehranın cümə namazı xitabətçisi vurğulayıb: Dünya ölkələri Amerikadan uzaqlaşıblar. Bu göstərir ki, dünyada Amerikaya nifrət günbəgün artır.

Ayətullah Emami Kaşani deyib: Amerika ilə müqayisədə günbəgün dünyada İslami İranın izzəti artır və dünya ölkələri İran İslam Respublikası quruluşunu mötəbər və sədaqətli bilirlər; onlar bu məsələni başa düşüblər ki, Amerikanın yalan təbliğatlarına rəğmən, İran müharibə və qan axıtmaq ardınca olmayıbdır.

Tehranın cümə namazı xitabətçisi həmçinin ali-səudun Yəmən xalqı, sionist rejimin də Fələstin xalqı qarşısındakı cinayətlərinə toxunaraq, deyib: Ali-səudun və sionist rejimin Qərbi Asiya regionundakı cinayətləri Amerikanın himayələri ilə həyata keçir.

Teqlər