Noy 17, 2018 18:08 Asia/Baku
  • General Səfəvi: Fələstin islami müqaviməti sionist rejim kabinetini titrətdi
    General Səfəvi: Fələstin islami müqaviməti sionist rejim kabinetini titrətdi

İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının ali müşaviri deyib: Fələstin islami müqavimət cəbhəsi sionist rejimi məğlub etdi və onun nümunəsi bu rejimin nazirlər kabinetinin iki üzvünün istefası və onun titrəməsi idi.

İRNA-nın verdiyi məlumata görə, General Palkovnik Seyid Yəhya Səfəvi bu gün Qum şəhərində Cəmkəran məscidində deyib: Bu gün İraq və Suriya ordularına hegemonçuların əlaltısı olan terrorçuların məhv edilməsində on minlərlə xalq qüvvəsi yardım edir. 

General Səfəvi deyib: İsrail rejimi Livan Hizbullahının  və müqavimət döyüşçülərinin əməliyyatlarının qorxusundan 7 metrlik beton divar çəkib və üstündə də 4 metr hündürlükdə tikanlı məftil quraşdırıb. 

Ali Baş Komandanın müşaviri kimsənin Yəmən xalqını beləcə Ali-Səud qarşısında məğlubelməz olacağını gözləmədiyini bildirərək deyib: Səudiyyə Ərəbistanı Yəmən müharibəsində məğlub olub amma öz məğlubiyyətini elan etməyə cəsarəti yoxdur. 

General Səfəvi deyib: Fələstin, Yəmən və regionun digər ölkələrində zalım qüvvələrin cinayətləri məzlum xalqların öz müstəqilliklərini bərpa etmək uğrunda qiyam etmələrinə güc balansını məzlumların xeyirinə dəyişmələrinə səbəb olacaq. 

Teqlər