Noy 17, 2018 19:04 Asia/Baku
  • Təhlükəsizlik olmadan heç bir fəaliyyət səmər vermir
    Təhlükəsizlik olmadan heç bir fəaliyyət səmər vermir

Təhlükəsizlik və inkişaf sərhədlərin idarə edilməsinin iki əsas təməlini təşkid edir məhz buna görə də , İran İslam Respublikası ölkənin sərhəd bölgələrinin tərəqqi və inkişafına nail olmaqla ölkədə dinamik inkişafa lazımı zəmin yaratmağa səy göstərir.

İİR Asiyanın qərbində, həssas bir regionda yerləşərək 15 ölkə ilə qonşudur və geniş su və quru sərhədlərinə malikdir. 

İİR ordusunun koordinatoru müavini Kontr Admiral Həbibullah Səyyari: Təhlükəsizlik olmayınca inkişaf və tərəqqi hasil ola bilməz və digər tərəfdən inkişaf və tərəqqi təhlükəsizliyi təkmilləşdirir və bunun əyani nümunəsi bəzi qonşularımızdır hansı ki, onlar destabil şəraitdədirlər və hegemonçu qüclər orada fəaliyyət göstərərək həm özləri destabillik yaradır həm də vaxtaşırı olaraq bizim ölkədə də destabillik yaradırlar. 

 

Bu istiqamətdə Tehranda " sərhəd zonalarında təhlükəsizlik, tərəqqi və inkişaf" mövzusunda konfrans keçirildi və bu tədbirə dünyanın müxtəlif ölkələrindən 469 məqalə təqdim olundu. 

Konfransın katibi Həmidrza Süheyli: Konfransda islami İranın dinamik təhlükəsizliyinin digər ölkələr, xüsusiylə də qonşu ölkələrə təqdim olunmasına səy göstərilir, ona görə ki, biz qonşularımızın təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab edirik. Məhz buna görə də bu sahənin bütün alimlərini öz təcrübələr və ideyalarını toplayıb bizim ixtiyarımıza vermələrini istəmişik. 

" sərhəd zonalarında təhlükəsizlik, tərəqqi və inkişaf" mövzusunda keçirilən beynəlxalq konfransda ölkənin siyasi və hərbi rəsmliləri də iştirak ediblər. Konfrans Daxili İşlər Nazirliyinin Əl-Qədir zalında keçirilib. 

Elə vilayətlərimizin əsas nigarançılığı da sərhəd zonalarının təhlükəsizliyidir, sərhəd bölgələrində inkişaf məsələsi əsas mövzulardan biridir və bütün rəsmilər, müvafiq orqanlar və qurumlar sərhəd bölgələrinin inkişafı üçün səy göstərməlidirlər.